AZ EN RU

Nəqliyyat-texnika parkı yenilənəcək

Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sahəsində nəqliyyat-texnika parkının yenilənməsi istiqamətində işlər həyata keçiriləcək. Bu məqsədlə ötən il noyabrın 4-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Dekabrın 7-də müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “TƏMİR-TİKİNTİ LAYİHƏ” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Sözügedən parkın yenilənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 3 000.000,0 manat vəsaitin 2.969.470,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 30.530 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.01.2024 12:03