AZ EN RU

Neil Vatson: Qarabağın bərpası Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir

Şuşada keçirilən Qlobal Media Forumu çox əlamətdar hadisədir. İndi bizim həqiqətən qlobal mediaya diqqət yetirməyimiz son dərəcə vacibdir. Qarabağın bərpası Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Düşünürəm ki, bizim burada müzakirə edəcəyimiz məsələ həm ənənəvi radio-televiziyanın, həm də sosial medianın, bütün formalarda olan medianın Azərbaycanı dünya səhnəsində həqiqətən düzgün təmsil etmək üçün necə qəbul oluna biləcəyidir.

Bunu AZƏRTAC-a müsahibəsində britaniyalı jurnalist və ekspert Neil Vatson “4- cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda söyləyib.

“Mən Prezident İlham Əliyevin bugünkü çıxışından çox təsirləndim. Onun üç dildə səlis çıxışı tamamilə qeyri-adi idi və dünyanın hər yerindən olan insanların suallarını cavablandırırdı. Prezident çox adekvat cavab verirdi. Bu, əlbəttə ki, gələcəkdə çox böyük bir işin başlanğıcı olacaq”, - deyə Neil Vatson diqqətə çatdırıb.

Nəşr edilib : 21.07.2023 22:16