AZ EN RU

Nehrəmdə 1000 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq

Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bunun üçün “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının diametri 720 millimetr olan 18,8 kilometr uzunluğunda boru xəttinin yenidən qurulmasının layihə-smeta sənədlərinin hazırlanması üzrə ötən il sentyabrın 19-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib.    Oktyabrın 30-da müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “GREAT COMPANY” MMC ilə dekabrın 7-də satınalma müqaviləsi imzalanıb. Sözügedən layihənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 300.000,0 manat vəsaitin 113.044,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 186.956,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.01.2024 20:01