AZ EN RU

NDU-da “Naxçıvan qaziləri” İB ilə əməkdaşlıq görüşü keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Universiteti və “Naxçıvan Qaziləri” İctimai Birliyi arasında əməkdaşlıq görüşü keçirilib.

Görüşdə universitetin rektoru Elbrus İsayev “Naxçıvan Qaziləri” İctimai Birliyinin nümayəndələrini salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində əldə olunduğunu xüsusi fəxr hissi ilə vurğulayıb. Rektor diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən, sağlamlığını itirən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək.

Rektor vurğulayıb ki, qazilər və şəhid ailələrinin ali təhsil ocağının malik olduğu bütün imkanlardan yararlanması üçün lazimi şərait yaradılacaq, ictimai birliyin iştirakı ilə Vətənpərvərlik mövzusunda mütəmadi tədbirlər təşkil olunacaq.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov bu təşəbbüsə görə təşəkkürlərini ifadə edib. 

Rektor Elbrus İsayev qazilərin təkliflərini dinləyib, mövzu ətrafında müzakirələr aparılıb.

Sonda rektor Naxçıvan Dövlət Universitetinin adından “Naxçıvan Qaziləri” İctimai Birliyinə 44 günlük vətən müharibəsinə həsr olunan rəsm əsəri hədiyyə edib.

Nəşr edilib : 12.09.2023 19:27