AZ EN RU

Nazirlik: "Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Gürcüstandadır, bu gün Vətənə qayıdırlar"

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırda Gürcüstandadır, millimiz bu gün Vətənə qayıdacaq.

Bu barədə jurnalistlərə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.

"Azərbaycan nümayəndə heyəti avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub", - o, əlavə edib.

Nazirlik sözçüsü bildirib ki, komandanı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.

Nəşr edilib : 15.04.2023 15:49