AZ EN RU

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Nazirlər Kabinetinin 2023-cü il 1 iyun tarixli Qərarı ilə “Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən tibb müəssisəsinin rəyinə əsasən nəzarət subyektinə tibbi yardım göstərilməsi zərurəti olduqda, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə, barəsində həbs növündə qətimkan tədbiri seçildikdə, nəzarət subyekti alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərindən icra məmurunun (probasiya üzrə) əsaslandırılmış qərarı ilə müvəqqəti çıxarılır.
Nazirlər Kabinetinin 2023-cü il 9 iyun tarixli Qərarı ilə “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 26 may tarixli, “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin ştat cədvəlinin təsdiq edilməsi haqqında” 2018-ci il 22 iyun tarixli, Qərarında dəyişikliklər edilməsi barədə” və “Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 2022-ci il 7 fevral tarixli qərarlarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin ştat cədvəlinin təsdiq edilməsi haqqında” qərarları ləğv edilmişdir.

Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli Qərarı ilə “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması  kursları haqqında Əsasnamə”nin və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2017-ci il 7 mart tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin siniflərində sənəd nümunəsi olaraq təqdim olunan “mal-nəqliyyat qaimələri” “elektron əmtəə-nəqliyyat qaimələri” ilə əvəz edilmişdir.

Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 5 sentyabr tarixli, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci 8 dekabr tarixli, “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 23 yanvar tarixli, “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin ştat strukturunun təsdiq edilməsi haqqında” 2013-cü il 12 iyul tarixli, “Naxçıvan Muxtar Respublikasının ərazisində əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2022-ci il 5 sentyabr tarixli qərarlarında dəyişiklik edilmiş, “Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalar ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi barədə” 2011-ci il 10 fevral tarixli “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin daxili intizam Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 30 sentyabr tarixli, “Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarının viza tələbindən azad edilməsi haqqında” 2019-cu il 26 noyabr tarixli qərarları və 2022-ci il 9 sentyabr tarixli Sərəncamı ləğv edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyində edilmiş dəyişiklik nəzərə alınaraq Nazirlər Kabinetinin 2023-cü il 19 iyun tarixli Sərəncamı ilə muxtar respublikada mövcud olan yay otlaqlarından istifadə üçün müraciət edən fermer və sahibkarlar arasında bölgüsünə, yaylaq sahələrinə köçürülməsi işinin təşkilinə, yarana biləcək çətinliklərin həll edilməsi və otlaqlardan səmərəli istifadəyə nəzarəti təmin etmək məqsədilə yaradılmış komissiyanın tərkibində dəyişiklik edilmişdir.

 Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Orqanik Naxçıvan” publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin 2023-cü il 22 iyun tarixli Sərəncamı ilə Babək rayonunun Pircuvar massivində yerləşən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin istifadəsində olan 50,01 hektar torpaq sahəsi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə verilmişdir.

 

Nəşr edilib : 24.06.2023 17:53