AZ EN RU

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli Qərarına əsasən Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmişdir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 1 avqust tarixli Sərəncamına əsasənkolleclərə məxsus əmlak və sənədlərin Naxçıvan Dövlət Universitetinə təhvil-təslim edilməsi üçün komissiya yaradılmışdır.

Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının struktruna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilərək nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı yeni redaksiyada təsdiq edilmişdir.

Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının təsdiq edilməsi haqqında”Nazirlər Kabinetinin 2013-cü il 2 may tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının üzvləri yeni tərkibdə təsdiq edilmişdir.

Nazirlər Kabinetinin 2023-cü il 22 avqust tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilmişdir.

Nazirlər Kabinetinin 2023-cü il 23 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilərək təqdim edilən sənədlərin “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya  sisteminə ötürülməsi nəzərdə tutulmuşdur.

Nazirlər Kabinetinin 2023-cü il 23 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qediyyatı Qaydası”nda dəyişiklik edilmişdir. Adıçəkilən Qaydaya görə fərdi şəxsi hesab dedikdə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hər bir sığortaolunana Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta nömrəsi ilə açılan fərdi uçot məlumatlarının əks olunduğu hesab nəzərdə tutulur. 

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür. 

Nəşr edilib : 31.08.2023 15:31