AZ EN RU

Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinet tərəfindən 1 iyul 2024-cü il tarixdə “Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir.

Bundan başqa, Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilmişdir.

Həmçinin “Turist-eksursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli Qərarı ləğv edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

 

Nəşr edilib : 01.07.2024 19:17