AZ EN RU

Nazir uşaq və gənclərin muzeylərə marağını artırmaq üçün tapşırıqlar verib

Mədəniyyət naziri Adil Kərimli muzey müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirədə çıxışı zamanı bildirib ki, ölkədə muzey işi, muzey müəssisələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyətinin təşkili ölkə rəhbərliyi və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Muzeylərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının zərurətə çevrildiyini deyən nazir bu sahədə konkret addımların atılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar dəqiq və davamlı təlimatlandırılmalıdırlar.

Nəşr edilib : 26.01.2024 10:11