AZ EN RU

Nazir: Sentyabrda Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər və digər ərazilərdə məktəblərin açılması planlaşdırılır

Bu ilin sentyabrında Şuşada, Xocalıda, Xankəndidə, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır.

Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 20-dən artıq məktəb tikilmək mərhələsindədir. Nazir növbəti mərhələlərdə köç planına uyğun olaraq həmin məktəblərin də açılışının nəzərdə tutulduğunu söyləyib.

Nəşr edilib : 14.06.2024 12:19