AZ EN RU

Nazir: Qonşu ölkələrin iştirakı ilə regionda layihələrin həyata keçirilməsi böyük önəm kəsb edir

Bu gün keçirilən görüşdə ikitərəfli münasibətlərə paralel olaraq, çoxtərəfli platformalarda, BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər formatlarda əməkdaşlıq barədə fikir mübadiləsi apardıq.

Bu sözləri Azərbaycanın xarici işlər Naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında bildirib.

“Qonşu ölkələrin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlar da regionda layihələrin həyata keçirilməsində böyük önəm kəsb edir. Hesab edirik yaxın aylar ərzində üçtərəfli formatda bir neçə görüş keçiriləcək”, - deyə nazir diqqətə çatdırıb.

Nəşr edilib : 14.12.2023 15:13