AZ EN RU

Nazir: Qars-Naxçıvan dəmir yolunu Orta Dəhlizin yeni bir qolu kimi qiymətləndirməliyik

İqtisadiyyat Nazirliyi olaraq, biz iki ölkə arasında ticarət və iqtisadi kooperasiyanın daha da inkişaf etdirilməsi üçün səylərimizi artırırıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, bu ilin iyun ayında İstanbuldakı Azərbaycanın Baş Konsulluğunda ticarət nümayəndəsi Aparatı fəaliyyətə başlayıb və artıq ikitərəfli iqtisadi, xüsusilə investisiya əlaqələrinin inkişafının təmin olunmasında aktiv rol oynayır.

“Biz Qars-Naxçıvan dəmir yolunun inşası planını da Orta Dəhlizin yeni bir qolunun yaranması kimi qiymətləndirməliyik. Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək yol alternativ kimi bizim nəqliyyat sahəsində tərəfdaşlığımızı daha da möhkəmlədəcək”, - deyə nazir əlavə edib.

Nəşr edilib : 21.12.2023 12:37