AZ EN RU

Nazir müavini: Xarici valyutadan asılılığı azaltmaq istiqamətində müvafiq işlər görülür

Xarici valyutadan asılılığı azaltmaq istiqamətində müvafiq işlər görülür.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasında deyib.

Yüksək faizlərin narahatlıq doğuran məqamlardan olduğunu vurğulayan A.Bayramov dürüstləşdirmə zamanı il ərzində mümkün imkanlardan istifadə etməyə çalışdıqlarını diqqətə çatdırıb.

Nazir müavini müharibə veteranlarına verilən müavinətin (80 manat) artırılması ilə bağlı fikirlərini də bildirib. O, bu məsələnin ümumi konsepsiya əsasında işlənə biləcəyini, Əmək və Sosial Müdafiəsi Nazirliyi ilə birgə baxılmasının zəruriliyini qeyd edib.

Nəşr edilib : 12.06.2024 12:43