AZ EN RU

Nazir: "Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsi sülh səylərinə təhdiddir"

Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsi görülən bərpa-quruculuq işlərinə və sülh səylərinə təhdiddir.

 Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 25-də YUNESKO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşdə deyib.

Nazir post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Nəşr edilib : 25.06.2023 16:33