AZ EN RU

Nazir Ceyhun Cəlilov mətbuat konfransı keçirib

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov 2023-cü ildə görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirib. Nazir qeyd edib ki, başa vurduğumuz il ölkəmizin ictimai-siyasi həyatında olduqca əlamətdar hadisələrlə yadda qalıb. “Heydər Əliyev İli” kimi tarixə düşən 2023-cü ildə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Ötən il eyni zamanda Prezident cənab İlham Əliyevin dövlət başçısı kimi ölkəyə rəhbərliyinin 20 ili tamam olub.

Konfransda nazir Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında sosial siyasətin müxtəlif prioritetləri, ümumilikdə, 11 tezis üzrə görülmüş işlərdən, əldə olunan nailiyyətlətlərdən danışıb. Nazirlikdə ötən il martın 15-dən ciddi struktur islahatları həyata keçirildiyini, qanunvericiliyə uyğun vahid ölkə sisteminə inteqrasiya prosesinin uğurla getdiyini bildirən nazir vətəndaş məmnunluğu baxımından bütün növ xidmətlərin elektronlaşdırılmasının vacibliyini vurğulayıb, müxtəlif istiqamətlər üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 31.01.2024 17:02