AZ EN RU

Nazir bəzi məktəblərdə 6 günlük dərs həftəsinin hansı səbəbdən olmasına aydınlıq gətirib

"Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur. 5 günlük dərs həftəsi ilə həmin məktəblərdə sıxlıq çox ola bilər".

Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, elə məktəblər də var ki, onların 6 günlük ənənəsi var və bunu davam etdirir: "Biz də buna razı oluruq".

Nəşr edilib : 30.11.2023 21:35