AZ EN RU

Naxçıvan,Sumqayıt və Gəncədə vətəndaşlara ödənişsiz hüquqi yardım və meditasiya xidmətləri göstəriləcək

Vəkillər Kollegiyası Mediasiya Şurası ilə birgə "Heydər Əliyev İli" ilə əlaqədar Sumqayıt, Naxçıvan və Gəncədə vətəndaşlara ödənişsiz hüquqi yardım və meditasiya xidmətləri göstərəcək.

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorları tərəfindən “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilməsi, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlərin verilməsi nəzərdə tutulur. Tədbir oktyabrın 10-u saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.

Eyni zamanda oktyabrın 12-də Bakı şəhər 12 saylı Vəkil Bürosu Naxçıvan Vəkillər Kollegiyasının inzibati binasında, həmçinin Gəncə şəhər 1 saylı Vəkil Bürosu Gəncədə ödənişsiz hüquqi yardım aksiyası keçirəcək.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

Nəşr edilib : 05.10.2023 14:15