AZ EN RU

“Naxçıvansığorta”nın rəhbərliyinə təyinatlar olub

“Naxçıvansığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

Bu şəxs Anar Cəlilovdur.

O, "Naxçıvansığorta"nın rəhbərliyində Əsədulla İsgəndərovu əvəz edib.

Bundan başqa, şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tural Ələkbərov sədr vəzifəsinə təsdiqlənib.

Xatırladaq ki, "Naxçıvansığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100 % "Naxçıvanbank" ASC-dir.

"Şərq qapısı"

Nəşr edilib : 28.03.2023 09:47