AZ EN RU

"Naxçıvansığorta”nın Direktorlar Şurasının sədri işdən çıxıb

“Naxçıvansığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib.

Məlumatı "Naxçıvansığorta" ASC-dən təsdiqləyiblər.

Qeyd edək ki, Əsədulla İsgəndərovun yerinə hələ ki, təyinat olmayıb.

"Naxçıvansığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.

Ə.İsgəndərov bu ilin yanvar ayına qədər həm də adıçəkilən bankın Müşahidə Şurasının sədri olub, hazırda isə Şuranın üzvü kimi fəaliyyət göstərir.

Nəşr edilib : 27.03.2023 16:30