AZ EN RU

“Naxçıvansığorta” ASC tərəfindən Məlumat

“Naxçıvansığorta” ASC-nin ümumi yığıncağının son iclasında Cəmiyyətin könüllü qaydada ləğvi barəsində yekdil qərar qəbul edilmişdir.

Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli lisenziyanın ləğvi barəsində müraciət edilmiş və Mərkəzi Bankın İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə Cəmiyyətin lisenziyası ləğv edilmişdir.

Cəmiyyətin qüvvədə olan bütün könüllü və icbari sığorta müqavilələrinin sığortalıların razılığı alınmaqla “Atəşgah Sığorta” ASC-yə ötürülməsi barədə müvafiq cəmiyyətlə razılıq əldə edilmişdir. Müvafiq müqavilələr üzrə sığortaçının üzərinə düşən öhdəliklər ötürülmə tarixindən etibarən “Atəşgah Sığorta” ASC tərəfindən həyata keçiriləcək.

Cəmiyyət sığortalılar və bütün kreditorlar qarşısında öhdəliklərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq  tam və vaxtında  yerinə yetirəcəkdir. 

Nəşr edilib : 08.12.2023 16:30