AZ EN RU

Naxçıvanlı veteran idmançı ölkə çempionu adını qazanıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində fəaliyyət göstərən İdman Sağlamlıq Mərkəzində veteran cüdoçuların Azərbaycan çempionatı keçirilib. Yarışda 88 cüdoçu 3 yaş kateqoriyası üzrə 19 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
    Çempionatda iştirak edən naxçıvanlı veteran idmançı Məcid Rzayev maksimal nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. M1 yaş kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ardıcıl iki qalibiyyətin ardınca final görüşündə “Əhmədli” İdman Klubunun təmsilçisini də üstələyərək qızıl medala sahib çıxıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 27.02.2023 21:13