AZ EN RU

Naxçıvanlı şagirdlər “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edirlər

"Şərq qapısı" xəbər verir ki, ABŞ-ın Society for Science təşkilatı tərəfindən Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə keçirilən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsi 17-19 aprel tarixlərində təşkil olunacaq.
Qeyd edək ki, elmi rəhbərliyi Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin müəllimi Zamilə Mustafayevanın etdiyi, Naxçıvan şəhər 8 və 14 nömrəli tam orta məktəblərin şagirdləri Abbas Zeynalovun və Amin Abbaslının kompüter elmləri üzrə "Javis" layihəsi müsabiqənin final mərhələsinə qəbul olunub. "Sabahın alimləri" XIII Respublika Müsabiqəsi üzrə qeydiyyatdan keçən 652 layihədən 113-ü sərgidə iştirak hüququ qazanıb. Həmin müsabiqədə iştirak edən şagirdlərimizə uğurlar arzu edirik!

Nəşr edilib : 17.04.2024 15:32