AZ EN RU

Naxçıvanlı rəssamın Milan şəhərində fərdi sərgisi açılacaq

Aprelin 29-da naxçıvanlı rəssam Elay Məmmədovun İtaliyanın Milan şəhərində fərdi sərgisi açılacaq. Sərgi Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunur. 
Bu sərgidə Elay Məmmədova aid olan reflektionizm üslubunda 15 rəsm əsəri nümayiş olunacaq. Rəssam "işığı yonmaq" fəlsəfəsinə əsaslanan mücərrəd bir anlayışdan yola çıxaraq yaradılan bu üslubu 2002-ci ildə Azərbaycanda hazırlamış və ona "monoxrom fiqurativ" üslub adını verib. Daha sonra 2008-ci ildə rəsmin xüsusiyyətinə uyğun olaraq adını "reflektionizm" üslubu adlandırmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Disporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək sərgidə  Milan Dövlət Universitetinin rektor və müəllim heyəti, Milanın incəsənət nümayəndələri iştirak edəcək.

Nəşr edilib : 28.04.2024 14:16