AZ EN RU

Naxçıvanlı qazimizin 4 yaşlı qızı öz geyim və oyuncaqlarını türkiyəli uşaqlara bağışladı

Türkiyədə baş verən şiddətli zəlzələdə zərər çəkənlərə hər kəs yardım əlini uzatmağa çalışır. Həmişə olduğu kimi, bu ağır günlərdə də bir millət, bir ürəyik. Qazimiz Abbasəli Tarverdiyevin 4 yaşlı qızı Sevil Tarverdiyeva da öz geyim və oyuncaqlarını zəlzələdən əziyyət çəkən uşaqlara bağışlayıb.

Allah balamızı qorusun!

Qazimiz bu barədə öz sosial hesabında yazıb:

“Mən deməmişdən yığıb özünün balaca paltarlarını Türkiyədə evsiz-eşiksiz qalan balaca dostlarına. Bu dünyada ən gözəl şey qarşılıq gözləmədən edilən mərhəmətdir”.

Nəşr edilib : 07.02.2023 16:18