AZ EN RU

Naxçıvanlı güləşçi mükafatçılar sırasında

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı keçirilib. Yarışda Naxçıvan Güləş Federasiyasının yetirməsi Əli Səfərov 92 kq çəki dərəcəsində mübarizə aparıb. Finala qədər maneəsiz irəliləyən Naxçıvanlı idmançı həlledici görüşdə komanda yoldaşı Rəvan Musayevlə (Olimpsport) qarşılaşıb. Gərgin keçən görüşdə rəqibi qalib gələn tərəf olub. Bununla da Əli Səfərov ölkə çempionatını ikinci yerdə tamamlayaraq gümüş medala sahib çıxıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.03.2023 16:59