AZ EN RU

Naxçıvanlı boksçulardan uğurlu nəticələr

    Bakı şəhərində keçirilən kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. Oktyabrın 18-dən 25-dək davam edən yarışda müxtəlif şəhər və rayon klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandanın 146 boksçusu öz qüvvəsini sınayıb. 
    Bakı Boks Mərkəzində təşkil olunan çempionatda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Naxçıvan Boks Federasiyasının yetirmələrindən ikisi çempion olub, digərləri isə ilk üç yerdə qərarlaşıblar. Belə ki, Tayfur Əliyev 60 kiloqram çəki dərəcəsi üzrə final görüşündə Şamil Əsgərovu (“Neftçi” İK) 4:1, Eldar Quliyev isə Surət Qarayevi (“Neftçi” İK) 4:0 hesabı ilə məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər naxçıvanlı idmançılardan Sərxan Əliyev (71 kiloqram) gümüş, Orxan Aydəmirli (80 kiloqram) və Rəvan Əliyev (92 kiloqram) bürünc medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.10.2022 17:55