AZ EN RU

Naxçıvanlı alimin məqaləsi dünyaca məşhur jurnalda çap olunub

Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru, dosent Sevinc Abbasovanın məqaləsi Kubanın nüfuzlu dərgilərindən olan "Universidad y Sociedad" jurnalında çap olunub. 

"Müstəqil Azərbaycanda qadınlar: postsovet keçidində qadınların haqlarını qoruyan hüquqi islahatların tədqiqi" mövzunda araşdırılan məqalədə 1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, postsovet dövlətinə keçidi zamanı qadınların haqlarının müdafiəsini gücləndirən hüquqi və siyasi islahatlardan bəhs edir. 

Məqalədə həmçinin Azərbaycanda aparılan milli qadın siyasətindən, gender bərabərliyindən və bu sahədə qəbul olunun qanunlardan da ətraflı bəhs edilir. 

Qeyd edək ki, məqalənin müəllifi, tarix üzrə elmlər doktoru, dosent Sevinc Abbasova "Azərbaycan qadınlarının cəmiyyətimizdə rolu", "Azərbaycanda qadın siyasəti" mövzusunda bir neçə sanballı məqalə və araşdırmaların müəllifidir. O həmçinin genderşünas və "SEVİNC" QHT-nin də təsisçisidir.

Nəşr edilib : 29.03.2024 09:16