AZ EN RU

Naxçıvanlı alimin 3 məqaləsi nüfuzlu xarici jurnallarda dərc olunub

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın ötən 3 ay ərzində 1-i Scopus, 2-si Web of Science beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında olmaqla 3 məqaləsi nüfuzlu xarici jurnallarda dərc olunub.
Alimin Naxçıvan dialekt və şivələrində söz yaradıcılığının inkişaf xüsusiyyətlərindən bəhs edən "Development points of the derivation process related to Nakhchivan dialects and accents (based on written and oral literary and artistic examples)" başlıqlı məqaləsi Çində "Forum for Linguistic Studies" elmi jurnalında nəşr olunub.
Qeyd edək ki, jurnal Scopus elmmetrik bazası üzrə indeksə malikdir.
Alimin "The morphological way of derivatology in the dialects and accents of Nakhchivan" (Naxçıvan dialekt və şivələrində söz yaratmanın morfoloji üsulu) və "Comparative analysis of the proverbs and sayings used in the epos "Kitabi Dede Gorgud" and the dialects and accents of the Nakhchivan region" ("Kitabi-Dədə Qorqud" dastanında işlənən atalar sözləri və məsəllərdə Naxçıvan dialekt və şivələrinin müqayisəli təhlili") adlı məqalələri isə müvafiq olaraq Çexiyanın nüfuzlu "AD ALTA: Journal of Interdisciplinary Research" və Kubanın "Repsensar las publicaciones desde un nuevo saber" elmi jurnallarında çap olunub.
Hər iki jurnal Web of Science elmmetrik bazası üzrə indeksə malikdir.

Nəşr edilib : 10.06.2024 17:44