AZ EN RU

Naxçıvanla bağlı Vikipediyada yer alan 30-a yaxın məqalə redaktə edilib

AMEA Naxçıvan Bölməsi tərəfindən Vikipediya azad ensiklopediyasında muxtar respublika ilə bağlı məlumatların zənginləşdirilməsi və redaktə işlərinin həyata keçirilməsi məsələsi diqqətdə saxlanılır.
Bölmənin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, muxtar respublikanın 100 illiyi çərçivəsində Naxçıvanla bağlı Vikipediyada yer alan, təxminən, 30-a yaxın məqalədə redaktə və genişləndirmə işləri aparılıb, “Naxçıvan Muxtar Respublikası mövzularda” şablonu tərtib edilərək bir xüsusi bölmədə toplanıb. Bu, Naxçıvanın zəngin tarixi və mədəniyyətini daha geniş şəkildə əks etdirmək və onun dünya miqyasında tanıdılmasına töhfə vermək məqsədi daşıyır.

Nail ƏSGƏROV

Nəşr edilib : 23.05.2024 15:53