AZ EN RU

Naxçıvanın turizm məkanlarının GPS məlumatları “Wikiloc” platformasında

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları müxtəlif vaxtlarda Şahbuz rayonunun Batabat yaylağında və Ordubad rayonunun Pəzməri kəndində olublar. Bu barədə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən  “Şərq qapısı”na məlumat verilib. Müvafiq olaraq ərazilərdə Batabat gölləri, Biçənək kəndi - Fərhad evi (Qədim karvan yolu) - Zor bulaq, Pəzməri kəndindən Pəzməri şəlalələri istiqamətlərində dağ cığırları əsasında piyada marşrutlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi aparılıb. Müəyyənləşdirilmiş dağ cığırları marşrutlarının izləri GPS-lə qeydə alınaraq dünyada təbiət yürüşləri həvəskarları arasında məşhur olan “Wikiloc” platformasında yerləşdirilib.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 17.01.2024 11:59