AZ EN RU

Naxçıvanın turizm atlası hazırlanacaq

Naxçıvan MR-də müxtəlif turizm növlərinin inkişaf etdirilməsi və turizm atlasının hazırlanması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, turizm növlərinin inkişafına dair layihələrin hazırlanması yerli Nazirlər Kabinetinə tapşırılıb. Əlavə olaraq, Dövlət Turizm Agentliyi (DTA) proseslərə cəlb ediləcək.

Nəşr edilib : 05.06.2023 17:41