AZ EN RU

Naxçıvanın rabitə, kommunikasiya və nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvanın aid qurumlarının rəhbərləri ilə görüşüblər. 

Görüşdə Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər geniş müzakirə edilib. Naxçıvanda telekommunikasiya, nəqliyyat, rəqəmsallaşma, mobil rabitə, poçt və digər sahələrdə sürətli inkişaf üzrə perspektiv planlara toxunulub konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib, görüləcək işlərin planlanması, əlaqələndirilməsi və təhlili üzrə işçi qrupu yaradılıb. Nümayəndə heyətinin üzvləri aid sahələr üzrə mövcud infrastrukturla da tanış olublar.  

Səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeylə tanış olublar.

Nəşr edilib : 08.06.2023 13:31