AZ EN RU

Naxçıvanın parlaq Günəşi qışda da güclü enerji qaynağıdır

Yaşıl enerji zonası elan olunmuş Naxçıvanda Günəş enerjisindən elektrik alınması hələ yarım əsr əvvəldən də alimləri düşündürüb. Şübhəsiz, o zamanlar indki texnologiyanın olmadığı bir dövrdə “Şərq qapısı” qəzetinin 18 oktyabr 1969-cu il sayında dərc olunmuş “Naxçıvan MSSR-də Günəş enerjisindən istifadə edilməsi haqqında” başlıqlı yazıda Günəş işğından elektrik enerjisi alınmasının digər enerji mənbələri ilə müqayisədə həm sərfəli, həm də ekoloji prinsiplər baxımından ən prestijli layihələrdən biri olması bu qədər real deyildi. Ancaq o dövrdən keçən müddətdə artıq Naxçıvanda fəaliyyət göstərən 4 Günəş elektrik stansiyası muxtar respublika üzrə illik istehsal olunan enerjinin 13-14 faizini  təşkil edir. Fəsillər üzrə  baxdıqda isə Naxçıvandakı günəş elektrik  stansiyalarının güc  göstəriciləri  də maraqlıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən  aldığımız məlumatda   ötən 2023-cü ilə günəş  elektrik stansiyalarında istehsal olunmuş  60.516.708 kilovatt saat elektrik  enerjisinin 32,5  faizi  yay  aylarının, 17,6  faizi  isə qış  aylarının payına  düşüb ki,  bu  da ilin bütün dövrlərində  yüksək məhsuldarlıq  deməkdir.

Əli CABBAROV

Nəşr edilib : 19.01.2024 18:20