AZ EN RU

Naxçıvanın muzey əməkdaşları üçün növbəti seminar-treninq: “Muzey fondlarının tərkibi”

Aprelin 11-ə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Nazirliyin sistemində olan muzeylərin əməkdaşlarının iştirakı ilə keçirilən növbəti seminar-treninq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komleksində gerçəkləşib. Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin  müdiri   Gülbuta Babayeva bütün muzeylərin kolleksiyаsının əsаs fonddаn və elmi-köməkçi fonddаn ibаrət olduğunu bildirib, muzey və muzeytipli müəssisələrdə uçot və mühafizə sahəsində əsas işin muzey fondlarının tərkibinin düzgün müəyyən edilməsindən başladığını diqqətə çatdırıb.

Sonra mövzu ilə bağlı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Murad Nəcəfzadənin eyniadlı çıxışı dinlənilib. Məruzəçi ölkəmizdə muzeyşünaslığın təşəkkül tapması, muzeylər şəbəkəsinin  yaradılmasından, fəaliyyət göstərdiyi muzeyin fondundakı ekponatların tarixi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, muzeylər fəaliyyət sahələrindən asılı olaraq müxtəlif profillidir. Hər bir muzey öz profilinə uyğun muzey əşyası toplamalıdır. Çıxış zamanı  tarix və ədəbiyyat profili muzeylərin fonduna  hansı eksponatların daxil olması və qorunması barədə ətraflı məlumat verilib.

Seminar treninqin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirə aparılıb.

Tədbir muzeyin ekspozisiyasına baxışla sona çatıb.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.04.2023 18:06