AZ EN RU

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" mövzusunda dəyirmi masa keçirilib

Yanvarın 29-da Babək Rayon İcra Hakimiyyətində rayon idarə və təşkilatların nümayəndələri və rayon ictimaiyyətinin iştirakı ilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" mövzusunda dəyirmi masa keçirilib.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının muavini Səbinə Abbasova, Şıxmahmud kənd tam orta məktəbinin direktoru Məhəbbət Rəsulova, Babək Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sərxan Abdullayev çıxış ediblər.
 Çıxış edənlər muxtar respublikanın 100 illiyinin qeyd olunması barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixdə imzaladığı Sərəncamın mahiyyətini diqqətə çatdırıb, muxtariyyətin yaranma zərurəti barədə tədbir iştirakçılarına məlumat veriblər. Çıxışlarda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Babək rayonunda silsilə tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb. 
Sonda Naxçıvan Muxtar Respublikasına həsr olunmuş sənədli filmə baxış olub.

Nəşr edilib : 29.01.2024 17:31