AZ EN RU

Naxçıvanın media nümayəndələri Milli Mətbuatın 149 ildönümü münasibətilə konfransda iştirak edir

Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Audiovizual Şurasının və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 149-cu ildönümü münasibətilə konfrans keçirilir.
"Şərq qapısı" xəbər verir ki, keçirilən tədbirə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media qurumlarının rəhbərləri də qatılıb. "JW Marriott Absheron Baku" hotelinin Şərq zalında təşkil olunan konfransda "Şərq qapısı" qəzetinin baş redaktoru Sara  Əzimova, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova iştirak edirlər.
Qeyd edək ki, tədbir zamanı "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda təşkil edilən müsabiqənin nəticələri elan ediləcək və qalib onlayn media subyektlərinə "Green certificate" təqdim olunacaq.

Nəşr edilib : 19.07.2024 11:49