AZ EN RU

Naxçıvanın maksimum bal toplayan 4 şagirdini tanıyaq

Aprelin 16-da Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixdə keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərindən 4 şagird 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onları tanıyaq:

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərdən biri Hafizə Hüseynzadədir. O, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbini bitirəcək.

Leyla Nağıyeva da topladığı ən yüksək balla müəllim və valideynlərinə sevinc hissi yaşadıb. O, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdidir.

Maksimum bal toplayan şagirdlərdən biri də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyində oxuyur. Liseyin şagirdi Ziya Əbilov göstərdiyi nəticə ilə adını birincilər sırasına yazdırıb.

Kənan İsmayıllı Culfa şəhər 3 nömrəli tam orta məktəbi bitirəcək. O da Naxçıvan Muxtar Respublikası üzrə maksimum bal toplayan 4 şagirddən biridir.

İmtahanlarda iştirak edən, tələbə adını qazanmaq üçün çalışan bütün şagirdlərə uğurlar arzulayırıq.

Nəşr edilib : 16.04.2024 16:16