AZ EN RU

Naxçıvanın iqtisadiyyat naziri Şahbuzda sakinlərlə görüşüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayevin iştirakı ilə rayonda sakinlərlə görüşüb.  

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə sakinlərin sahibkarlıq fəaliyyəti, onlara güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı fikirləri dinlənilib.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda sahibkarların təklifləri müzakirə olunub, yaradılacaq sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə də vətəndaşlara ətraflı izahat verilib və icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Görüşdə  28 rayon sakininin müraciəti dinlənilib.

Nəşr edilib : 24.02.2023 14:18