AZ EN RU

Naxçıvanın enerji təminatı son 3 gündə tamamilə alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilib

Naxçıvan Muxtar Respublikasının yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada “yaşıl enerji” mənbələrindən istifadəyə geniş imkanlar açır. Bu ilin yaz mövsümündə havaların yağıntılı, eyni zamanda aprel ayında günəşli günlərin sayının çox olması isə alternativ və bərpaolunan enerji istehsalının həcmini daha da artırıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən verilən məlumata görə, muxtar respublikanın enerji təminatı son 3 gündə ilk dəfə olaraq 100 faiz alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilib.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 15.04.2024 17:31