AZ EN RU

Naxçıvanın dövlət əmlakının özəlləşdirilmədən gəliri 12,1 dəfə artıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 4 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki,  dövlət xidməti tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 68 dövlət əmlakı özəlləşdirilib.
2024-cü ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə daxilolmalar 683,0 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.

Nəşr edilib : 20.05.2024 10:48