AZ EN RU

Naxçıvanın daxili işlər orqanlarında yeni təyinatlar olub

Naxçıvanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Naxçıvan Hava Nəqliyyatında Polis İdarəsinə, eləcə də Naxçıvan Muxtar Respublikasının Dəmiryolunda Polis İdarəsinə yeni rəislər təyin edilib. 

Bu barədə müvafiq əmrlər imzalanıb.

Belə ki, müvafiq əmrə əsasən Naxçıvan Hava Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsi polis mayoru Elnur Məmmədyarova həvalə olunub.

Digər əmrlə polis polkovnik-leytenantı Azər Cümşüdov Naxçıvan Muxtar Respublikasının Dəmiryolunda Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsində çalışıb.

Nəşr edilib : 25.02.2023 17:01