AZ EN RU

Naxçıvanın dağlıq və dağətəyi kəndlərinə qar yağıb

Son günlər Naxçıvanda hökm sürən dumanlı hava şəraitindən sonra muxtar respublikanın dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

Qarın hündürlüyü Şahbuzun Kükü kəndində 14, Biçənəkdə 11, Culfanın Ərəfsə kəndində 17, Ordubadın Nürgüt kəndində 18, Dırnısda 13, Parağaçayda isə 20 sm-ə çatıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının ərazisində hava şəratinin həftə ərzində yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Saniyədə 5-10m/san. qərb küləyi əsəcək, arabir güclənəcək.

Nəşr edilib : 18.12.2023 14:44