AZ EN RU

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

"Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, 21 sentyabr 2022-ci il tarixdən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan muxtar respublika sakinlərinin istifadə müddəti bitən, itirilən yaxud da istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin yenilənməsi prosesi 5 noyabr 2022-ci il tarixinədək  uzadılıb. Bununla bağlı vətəndaşlar Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına müraciət edə bilərlər. 

Tel:(012) 590-64-43,590-64-31"   

Nəşr edilib : 18.10.2022 10:35