AZ EN RU

Naxçıvanın 4 məktəbi ilk dəfə olaraq qrant layihənin qalibi olub

Ölkədə ilk dəfə keçirilən  “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramının nəticələri elan olunub.  Proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb.  Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edib.

16 qrant layihədən   4-nü  Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəbləri (Naxçıvan şəhər 10 nömrəli, Şərur şəhər 2 nömrəli, Ordubad rayon Dəstə kənd tam orta məktəbi və  Culfa rayon Saltaq kənd tam orta məktəbi)  qazanıb.

Qeyd edək ki, il ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin

 mətbuat xidməti

Nəşr edilib : 18.01.2024 15:31