AZ EN RU

Naxçıvanın 10 şirkətinin məhsulları beynəlxalq sərgilərdə nümayiş olunub

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Naxçıvanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.

2024-cü ilin yanvar ayında Naxçıvanın 10 şirkəti AZPROMO-nun təşkilatçılığı ilə  iki sərgidə - “Iraq Fair” və “Green Week Berlin 2024”də iştirak ediblər.
"Made in Azerbaijan" vahid ölkə stendində Naxçıvanın duz, limonad və mineral sular, qənnadı məmulatları, kişmiş, meyvə şirələri, enerji içkiləri, ət konservləri və digər məhsulları nümayiş olunub.
Sərgi çərçivəsində Naxçıvan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.

Nəşr edilib : 08.02.2024 11:50