AZ EN RU

Naxçıvanı təmsil edəcək komandalar məlum olub

    Naxçıvan şəhər “N” hərbi hissədə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Əlahiddə Ümumqoşun Ordusu, şəhər Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi, 6 tam orta məktəb komandasının mübarizə apardığı oyunda 9 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1 nömrəli tam orta məktəbin komandası ikinci, 14 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
    Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılıblar.
    Qeyd edək ki, I və II yerin qalibləri olan 9 və 1 nömrəli tam orta məktəblərin komandaları aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 22.04.2022 18:17