AZ EN RU

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Şuşa şəhərinə çatıblar

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Şuşa şəhərinə çatıblar.
Səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonunun Yuxarı Alaxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət edib, Füzulidə aparılan quruculuq işləri ilə tanış olublar. Həmçinin şəhid ailələrinin üzvləri Xocavəndin Qırmızı Bazar qəsəbəsinə də səfər ediblər. Günün sonunda Şuşa şəhərinə çatan ziyarətçilər tarixi Şuşa qalasının gecə görüntüləri fonunda fotolar çəkdirib, şəhid övladlarının xatirəsini bir daha anıblar. 
Qeyd edək ki, şəhid ailələrinin Qarabağ səfəri sabah Şuşa şəhəri, Xankəndi şəhəri və Xocavənd rayonunda davam edəcək. 
Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.

Nəşr edilib : 28.03.2024 21:07