AZ EN RU

Naxçıvandan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər - SƏRƏNCAM

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il  3 oktyabr tarixli Sərəncamı ilə 2022-2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Prezident təqaüdünə layiq görülənlər arasında Naxçıvan Muxtar Respublikasından olan tələbələr də vardır:

Kazımlı Yusif Qurban oğlu 

Mehdiyeva Turac Çingiz qızı

Mehdiyeva Zeynəb Səbuhi qızı

Məmiyev Fuad Məhəmməd oğlu

Rəsulov Kənan Asiman oğlu

Vəliyeva Nərmin Məhərrəm qızına

 Prezident təqaüdləri verilmişdir.

Nəşr edilib : 03.10.2022 19:00