AZ EN RU

Naxçıvandan olan gənclər “Gənc Fest” festivalında!

Noyabrın 23-də Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalına start verilib. Avropa Oyunları Parkında 4 gün davam edəcək festivalın ilk günündə gənclər üçün müxtəlif təlim və master-klaslar, debatlar keçirilib, iştirakçıların Fəxri Xiyabana və Şəhidlər Xiyabanına ziyarəti təşkil olunub.  

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyavanın rəhbərliyi ilə festivalda Naxçıvan heyətini 16 gənc təmsil edir. Onların içində şəhər və rayonlardan seçilmiş fəal gənclər, qazi, idmançı və könüllülər var.

Qeyd edək ki, festivalın proqramına ilkin hərbi hazırlıq, ilkin tibbi yardım, teatr sənəti, skautinq, fiziki hazırlıq, yanğın təhlükəsizliyi, effektiv komanda işi və ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər, əyləncə proqramları daxildir. O cümlədən, gənclər festival çərçivəsində Milli Məclisi də ziyarət edəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.11.2023 18:00