AZ EN RU

Naxçıvandan baxanda Qərbi Azərbaycan mahallarını görürük...

Əpoş Vəliyev, AMEA Folklor İnstitutunun folklor şöbəsinin elmi işçisi:  – Naxçıvanda Qərbi Azərbaycan festival-konqresinin keçirilməsi mühüm hadisədir. Naxçıvan həm də Şərqin qapısıdır. Buradan baxanda biz artıq Qərbi Azərbaycan mahallarını görürük. Bu gün qarşımıza qoyduğumuz məqsəd sülh yolu ilə torpaqlarımıza qayıdışdır. Bütün Qərbi azərbaycanlıların da ən böyük arzusu doğma ata-baba yurdlarına qayıtmaqdır. Buna görə də bu gün Azərbaycanımızın qədim diyarı olan Naxçıvanda bir çox tanınmış insanlarımızın, o cümlədən elm adamlarımızın belə bir möhtəşəm konfrasda iştirak etməsi həmvətənlərimizin yurd yerlərinə qayıtmaq inamını daha da gücləndirir. Cənab Prezidentimizin də dediyi kimi, əminik ki, sülh şəraitində, öz avtomobillərimizlə ata-baba ocağımız olan yurd yerlərimizə qayıdacağıq, oradakı məzarları, tarixi abidələrimizi ziyarət edəcəyik. Festival-konqresin təşkili üçün muxtar respublika rəhbərliyinə, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması rəhbərliyinə təşəkkür edirik.

Nəşr edilib : 22.06.2024 20:02